Azərbaycanlı Araz Fransanın “O səsini” fəth etdi — VİDEO

7-02-2016, 12:53           

Fransanın TF1 telekanalında yayımlanan “The Voice” (“O səs”) şousunun növbəti buraxılışlarından birində səhnəyə azərbaycanlı gənc çıxıb.

Şounun şənbə günü yayımlanan efirində səhnəyə çıxan Araz adlı həmyerlimiz ifası ilə jüri heyətini özünə tərəf döndərə bilib.

Səhnəyə Azərbaycan xalqının milli musiqi aləti olan tar ilə çıxan Araz Özara Kris İsaakın “Wicked” kompozisiyasını ifa edib.

Bütün jüri və tamaşaçıları səsinə heyran edən Araz bildirib ki, onun 25 yaşı var, Bakıdan, Azərbaycandandır. O, yarım ildir ki, fransız həyat yoldaşı ilə Tuluzada yaşayır.

Həmvətənimizin Fransanın “The Voice” şousunda çıxışını təqdim edirik. (oxu.az)
[media=https://www.youtube.com/watch?v=PTahyhm4-J4]












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru