"Şəxsiyyət vəsiqəsində kişi yazılıb, amma qadın adı ilə sosial şəbəkədə qeydiyyatdan keçib" - VİDEO
8-02-2016, 13:51
Müğənni-bəstəkar Ceyhun Əliyev sosial şəbəkədə sənət adamlarına təhqirlər yazanlardan danışıb.
Axşam.az-ın məlumatına görə, sənətçi “ATV maqazin onlarla" verilişində onları təhqir edənlərin əksəriyyətinin kişilər olmasından şikayətlənib:
"Nə gündəsən? Filankəsə oxşayırsan" yazırlar. Boş-boş internetdə oturub, onun yubkasını, bunun paltarını müzakirə edənlərin əksəriyyəti kişilərdir. Onlar utanmırlar? Ondan nə kişi olacaq? Şəxsiyyət vəsiqəsində kişi yazılıb, amma qadın adı ilə sosial şəbəkədə qeydiyyatdan keçib. Geyimləri müzakirə edəndə başlayırlar söyməyə. Elə bilirlər ki, müğənnini təhqir edəndə oturub ağlayır".
C.Əliyev romantik olduğunu da bildirib:
"Romantikəm. Amma son zamanlar bundan əsər-əlamət qalmayıb. Masanın üzərinə qızıl güllər sərdirmişəm, otağı bəzətdirmişəm. Onları çəkib İnstaqramda paylaşmamışam. Bunları öz həyat yoldaşım üçün etmişəm. Bir neçə il öncə olub. İndi bizim romantikamız övladımızdır".