Tolikdən Flora Kərimovaya etiraz: - "Röya çoxdanın xalq artistidir"

9-02-2016, 21:24           
 Tolikdən Flora Kərimovaya etiraz: - "Röya çoxdanın xalq artistidir"
Prodüser Tarix Əliyev (Tolik) xalq artisti Flora Kərimovanın əməkdar artist Röya barədə "O, heç vaxt böyük anlamda sənətkar ola bilməyəcək" cümləsinə etirazını bildirib.

Axşam.az-ın məlumatıan görə, Tlik bu barədə sosial şəbəkədə yazıb:

"Flora xanım, siz özünüzə sənətkar deyirsinizsə, biz də buna qoşuluruq. Siz sənətkarsınız, bəli... Amma Azərbaycan mədəniyyətində Zeynəb Xanlarova, Alim Qasımov, Habil Əliyev, Rəmiş, Mənsum İbrahimov, İlqar Muradov, Nisə Qasımova və bir çox sənətkarlar Röyanın sənətkar olduğunu və Azərbaycan musiqisində öz yeri olduğunu vurğulayıblar. Deməli, onlar səhvdi, siz haqlı?

Flora xanım, Azərbaycan dövləti sizə xalq artisti adın veribsə, Röya çoxdanın xalq artistidir, çünki xalqın sevgisini qazanıb. Sizi hamı düz danışan və mərd qadın kimi tanıyır. Amma Röyanın sənəti vallah heç Brilliant Dadaşovanın sənətindən geri qalmır. Hələ ki, Röya məclisə girəndə Rafet el Romanın mahnısıyla məclisi açmır. Bəlkə, siz bunları bilmirsiniz, amma mən görürəm. Bir də mənə deyərdiniz, görüm, hansı sənətkarlar Röya qədər istər Heydər Əliyev sarayında günlərlə konsert verib? Hansı sənətkar, Zeynəb Xanlarova və Aygün Kazımovadan başqa, Moskvada, Kremlə konsert verib? Hansı sənətkar bölgələri qarış-qarış gəzib konsertlər verib? Hansı sənətkar Röya qədər şəhidlərə mahnı oxuyub? Yataqda olan xəstə vəsiyyətində hansı sənətkarın ona həsr olunan mahnı oxumasını istəyib? Hansı sənətkar aylarla efirə çıxmasa da, yalnız mahnıları ilə yadda qalır?

Bir ay efirlərə çıxmayanda deyirlər ki, yolumu kəsirlər. Hələ məclislərdə Azərbaycan istehsalı olan Gədəbəy sularını bəyənməyib "mənə fransız suyu gətirin" deyəni demirəm".

Xatırladaq ki, “Həftənin hit mahnısı” rubrikasının son iki pilləsini müəyyən edərkən F.Kərimova ilə müğənni Elton Hüseynəliyev arasında fikir ayrılığı yaranıb.

Belə ki, Elton birinci yerə layiq gördüyü əməkdar artist Röya haqda “Biz onunla danışmırıq. Amma birinci yer Röyanındır. Bu, bir jest deyil. Biz heç vaxt onunla danışmayacağıq. Mən Brilliant xanımın ifasına ağlamamışam, amma Röyanın ifasına ağlamışam” deyib.

Xalq artisti isə “Mən Brilliant xanımı heç vaxt ikinci yerdə görə bilmərəm. O, yeni vokalın təməlini qoyan bir səsdir. Röya illərlə gündəmdə ola bilər, amma heç vaxt sənətkar ola bilməz. Röyanın naxışı onda gətirib ki, mahnıları yaxşı olub”, - deyə etirazını bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.