"Fəxri adları pulla və "day-day"ı hesabına alırlar" - Nadirdən sərt ittiham

10-02-2016, 19:43           
"Fəxri adları pulla və "day-day"ı hesabına alırlar" - Nadirdən sərt ittiham
Müğənni Nadir Qafarzadə fəxri adlarla bağlı qalmaqallı açıqlama edib.

Axşam.az-ın məlumatına görə, ifaçı xalq artisti Flora Kərimova ilə müğənni Elton Hüseynəliyevin “ATV maqazin onlarla” verilişindəki qalmaqalına fikir bildirib:

“Didin, parçalayın bir-birinizi. Bu millət nə vaxt düzələcək? Allah bizə ağıl ver, özümüz-özümüzə düşmən kəsilmişik. Ona görə də bizi bir millət kimi heç kim qəbul etmir. Çünki... Çünkilər çoxdur, hansını deyim. Bizə başqa düşmən lazım deyil. İndi sənətkar sözü o qədər ucuzlaşıb ki, fahişələr də “yaxşı sənətkardır” deyirlər. Onlar da sənətlə məşğuldurlar? Özünüzü yormayın, Azərbaycanda bir sənətkar varsa, o da Üzeyirdi (Üzeyir Mehdizadə - red.). Bitdi... Ən çox dinlənilən, baxılan, bir nömrə Üzeyir. Adi tamaşaçı bilməsə də, biz bilirik ki, xalq və əməkdar artistləri kimlərdir. Bu adı necə alıblar... Kimin "day-dayı"sı, arxası, tapşıranı var...70 faizi belədir”.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru