"Təkəbbürlüyəm, amma “mavi” deyiləm..." - Kənan M.M. özü ilə bağlı bunları deyir
12-02-2016, 11:42
Rejissor Kənan M.M. özü ilə bağlı maraqlı paylaşım edib. Axşam.az-ın məlumatına görə, rejissor onu bəyənməyənlərə ismarış göndərib:
“Mən özümdən razıyam, amma kafir deyiləm. Lovğayam, amma vətən xayini deyiləm... Yekəxanayam, amma haram yemirəm. Təkəbbürlüyəm, amma “mavi” deyiləm... Kobudam, amma heç kimin haqqına girmirəm. Özünü sevənəm, amma tanımadığım insan haqqında rəy bildirmirəm. Allahın mənə verdiyi ömrün saat və dəqiqələrindən boş yerə istifadə edib, qeybət etmirəm. Mən beləyəm... Yaltaq, nankor, etibarsız deyiləm. Bəs sən? Özün özün haqqında sual verib gecələr vicdanınla baş-başa qalmısan? İnsanın qəlbinin içini bilən yalnız Allahdır. Sonda qərarı da Allah verəcək. Biz sadəcə cümlələr qururuq. Allahın yaratdığı hər kəsi sevirəm. Məndən zəhləsi gedənlərə şad xəbər: mən sizi tanımıram, amma sizin həmişə məndən zəhləniz gedəcək. Çünki siz məni tanıyırsınız”.