Uşaqları ilə qaçdı-tutdu oynamaq məşhur aparıcıya baha başa gəldi - FOTO

15-04-2021, 06:34           
Uşaqları ilə qaçdı-tutdu oynamaq məşhur aparıcıya baha başa gəldi - FOTO
Britaniyalı məşhur teleaparıcı Keti Hillin uşaqları ilə qaçdı-tutdu oynaması ona baha başa gəlib. Belə ki, o, ayaqyolunun yaxınlığında pilləkəndə yıxılıb və başı unitaza dəyib. Hadisədən sonra qadının alnında böyük bir çapıq qalıb.

Bu barədə “The Sun” xəbər yayıb.

49 yaşlı aparıcının alnına tikiş atılıb. Həkimlərin sözlərinə görə, zərbə bir neçə santimetr sağa və ya sola dəysəydi, qadın aldığı travmadan ölə bilərmiş.

Hill bu hadisənin onun üçün “həyəcan siqnalı” olduğunu, onu ölüm və bu dünyada hələ nə qədər yaşaya biləcəyi barədə düşüncələrə vadar etdiyini deyib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru