Türkiyənin 16 məşhuru məhkəməyə verildi

4-06-2021, 09:59           
Türkiyənin 16 məşhuru məhkəməyə verildi
Türkiyənin məşhur aktrisası Ezgi Molaya dəstək olan 16 tanınmış sima məhkəməyə verilib.

“Qafqazinfo” xəbər verir ki, Hazal Kaya, Hadise, Mahsun Kırmızıgül, Kerem Bursin, Atilla Taş, Sarp Akkayanın da aralarında olduğu incəsənət üzvlərinin cəzalandırılması tələb edilib. Buna səbəb həmin şəxslərin E. Molanın təhqiredici fikirlərinə dəstək olmasıdır.

Qeyd edək ki, aktrisa keçən il intihar edən İpek Erə təcavüz edən Musa Orhanı təhqir edib. O, 12 ildən çox azadlıqdan məhrum edilməsi tələb edilən M.Orhanın istintaq müddətində sərbəst buraxılması qərarına etiraz edib. Bundan qəzəblənən aktrisa “Təcavüzçü şərəfsizi azad edən vicdanınızda boğulun” statusunu yazıb.

Bundan sonra M.Orhanın vəkili onun barəsində Ankara Cümhuriyyət Prokurorluğuna müraciət edib.

Ankara Cəza Məhkəməsində aktrisanın 2 il 4 aya qədər həbsi istənilib.

Fotoda: İpek Er və Musa Orhan













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.