Koronavirusa görə “Mission: Impossible 7” filminin heyəti karantinə yollanıb

5-06-2021, 07:33           
Koronavirusa görə “Mission: Impossible 7” filminin heyəti karantinə yollanıb
Çəkiliş qrupunun 10-dan çox üzvündə koronavirus aşkar edildiyi üçün “Mission: Impossible 7” filminin heyəti karantinə yollanıb.

Bu barədə “The Sun” xəbər verib.

Məlumata görə, bununla əlaqədar Surreydə çəkiliş dayandırılıb.

“Çəkiliş qrupunun 14 üzvü, əsasən Tomun (Kruz -red.) köməkçiləri koronavirusa yoluxub. Komandanın 60 üzvü 14 gün təcrid olunmaq məcburiyyətində qalıb”, - deyə mənbədən bildirilib.

Qeyd edək ki, fevral ayında filmin çəkilişi ehtiyat tədbiri olaraq altı ay müddətinə dayandırılmışdı.

Qəzetdən bildirilib ki, Kristofer Makkourinin rejissoru olduğu və Rebekka Ferqüsson, Vanessa Kirbi, Heyli Atvell kimi aktyorların da yer aldığı aksiyon filmi 2022-ci ilin mayında nümayiş olunacaq.
















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.