"Ayıb olsun, yanımda başı aşağıdır" - QALMAQAL

9-06-2021, 16:18           
"Ayıb olsun, yanımda başı aşağıdır" - QALMAQAL
Müğənni Vəfa Şərifova həmkarı Mənzurə Musayeva haqqında qalmaqallı açıqlamalar verib.

Lent.az-a açıqlama verən V.Şərifova M.Musayevanın “Duet oxuyanlar bir-biri ilə sevgilidir”, - sözlərinə münasibət bildirib:

“Mən Aqşin Fatehlə, İfratla duet oxumuşam. Heç kim mənə o sözü deyə bilməz. Ayıb olsun, o sözü deyənlərə. Ayıbdır, insan o sözü necə dilinə gətirə bilər ki? Ümumiyyətlə, adam ümumi danışmamalıdır. Mən heç zaman ümumi danışa bilmərəm. Üç-beş adam belədirsə, hamı elə deyil.

Mən Tacir Şahmalı oğlu ilə də sevgili olmamışam. Mən onun tələbəsi olmuşam. O mənə sənət verib.

Gündəmə gəlmək üçün axırıncı yollara əl atırlar. Beş günlük gündəm üçün kiminsə qəlbini niyə qırırsan? Məni bu şou aləmində heç kim susdura bilməz. Bu şou-biznesdə hamının yanında başım dikdir. Amma çoxlarının mənim yanımda başı aşağıdır”.

Qeyd edək ki, M.Musayevanın “Duet oxuyanlar bir-birləri ilə sevgilidir” açıqlamasına görə Manaf Ağayevlə də aralarında qalmaqal olmuşdu.

Lent.az-a açıqlamasında M.Ağayev həmkarı haqda bu sözləri demişdi:

“Mənzurənin sözləri düzgün deyil. Könül Kərimova ilə duet oxumuşam. Onunla sevgiliyəm? Arzu Qarabağlı ilə də duet oxumuşam. O deməkdir ki, sevgiliyik? Hansısa müğənnidən duet təklifi alırıq, səsimiz uyğun gəlir, oxuyuruq. Bunu yozmaq düzgün deyil. Onun dediyi sözlərdə həqiqət də var. Çünki bir-biriylə sevgili olan duet oxuyanlar var. Adam da var ki, bir yerdə toya getməyiblər, amma sevgilidirlər. Ümumi danışmaq lazım deyil. Mənə az fərq edir. Qorxan oğlan deyiləm”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru