Xaricdə evi olan azərbaycanlı məşhur şou əhli- SİYAHI

9-06-2021, 18:25           
Xaricdə evi olan azərbaycanlı məşhur şou əhli- SİYAHI
Şou-biznesin bir çox tanınmış simaları zaman-zaman bahalı mal-mülkləri ilə gündəmə gəlirlər. Bəziləri aldıqları evləri gizli saxlasa da, çoxları Azərbaycandan kənarda da evlərinin olduğunu gizlətmirlər.

Teref.az xaricdə evi olan məşhurların siyahısını təqdim edir:

- Xalq artisti Röya Ayxanın İstanbulda evi var. Lakin müğənni 5 ildir ki, Bakıda olan bağ evini hələ təmir edə bilmədiyini söyləyib.

- İkinci dəfə ailə quran müğənni Zamiq Hüseynov bir neçə il bundan əvvəl İstanbulda mənzil alıb.

- Xalq artisti Tünzalə Ağayeva Bodrumda evi var.

- Müğənni Samir Piriyevin də Bodrumda evi var. Artıq ifaçı bir ildən çoxdur ki, Türkiyədə yaşayır.

- Xalq artisti Səməd Səmədov Bodrumda ev alan məşhurlardandır.

- Müğənni Elvin Abdullayev Ankarada ev alıb.

- Müğənni Elariz Məmmədoğlu bir neçə il əvvəl İstanbulda ev alıb. Hazırda ifaçının oğlu İstanbulda, özü isə ABŞ-da yaşayır.

- Müğənni Ayan Babakişiyeva illər öncə Bakıdakı evini satıb, Türkiyədə ev alıb, orada yaşayıb. Hazırda Bakıdadır.

- Müğənni Nadir Qafarzadə İstanbulda ev alıb, lakin ifaçı həmin evi pandemiya vaxtı satıb.

- Xalq artisti Brilliant Dadaşova da illər əvvəl İstanbulda ev alıb.

- Prodüser Tolik (Tarix Əliyev) də Türkiyədə evi olan məşhurlardandır.

- Günel Zeynalova Türkiyədə evi olsa da, kirayədə yaşayır. Öz evində isə valideynləri qalır.(lent.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru