"5 min pul istədim..."-mMənzurə Manafa belə cavab verdi VİDEO

10-06-2021, 22:33           
"5 min pul istədim..."-mMənzurə Manafa belə cavab verdi VİDEO
Müğənni Mənzurə Musayeva qalmaqal yaşadığı həmkarı Manaf Ağayev barədə danışıb.

Lent.az-ın məlumatına görə, Mənzurə "Xəbər-ətər” verilişində Manafın ünvanına bu sözləri deyib:

"Manafla heç vaxt duet oxumaram. Nəyimə lazımdır? Mən Manafla tanınmamışam ki? Onunla duet oxusaydım, 20 il bundan qabaq oxuyardım. Bir dəfə mənə 5 min manat pul lazım idi, ona dedim, vermədi. Amma başqası pul istəsəydi, ona verərdi. Mən sözümdə dururam. Duet oxuyanların 80 faizi bir-biriylə sevgilidir”.

Qeyd edək ki, M.Musayevanın söylədiyi "Duet oxuyanlar sevgilidir” sözlərinə Manaf Ağayev Lent.az-a müsahibəsində kəskin cavab vermişdi:
"Mənzurənin sözləri düzgün deyil. Könül Kərimova ilə duet oxumuşam. Onunla sevgiliyəm? Arzu Qarabağlı ilə də duet oxumuşam. O deməkdir ki, sevgiliyik? Hansısa müğənnidən duet təklifi alırıq, səsimiz uyğun gəlir, oxuyuruq. Bunu yozmaq düzgün deyil. Onun dediyi sözlərdə həqiqət də var. Çünki bir-biriylə sevgili olan duet oxuyanlar var. Adam da var ki, bir yerdə toya getməyiblər, amma sevgilidirlər. Ümumi danışmaq lazım deyil. Mənə az fərq edir. Qorxan oğlan deyiləm”.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.