Türkiyəli məşhur müğənni həbs oluna bilər

11-06-2021, 07:43           
Türkiyəli məşhur müğənni həbs oluna bilər
Türkiyəli pop müğənni Berkay Şahinin 4 il 4 aya qədər həbsi istənilib.

“Sabah” xəbər verir ki, müğənni Burak Ş. adlı izləyicisinə sosial media hesabından yazdığı mesaja görə problemlə qarşılaşıb.

“Klavyaturanın qarşısında elə demək asandır. Əgər rast gəlsək, görərsən”, - şərhini yazan müğənni “təhqir” və “təhdid”lə günahlandırılıb.

İzləyicinin şikayətinə əsasən, haqqında istintaq başladılan müğənni vəkili ilə birgə ifadə verib.

“Onu tanımıram. Ailəmlə olan fotoya təhqiredici rəy yazdı deyə əsəbi halda elə yazdım. Mən də şikayət edəcəm”, - deyə o bildirib.

Müğənninin məhkəməsinin yaxın günlərdə başlayacağı gözlənilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru