"1 gün, 3 gün, 5 gün su da təmizlənməsə gölməçə yaranar"

12-06-2021, 09:34           
"1 gün, 3 gün, 5 gün su da təmizlənməsə gölməçə yaranar"
"Belə bir deyim var ki, cəmiyyətdə gedən dəyişiklər zamanı ilk mənəvi zərbə sənət adamlarına, sənətkarlara, bir sözlə, mənəviyyat adamlarına dəyir. Bu eynilə belədir. Bütün dünyanı ağuşuna almış pandemiya dövründə ən böyük zərbələrdən biri mədəniyyət adamlarına dəydi. Ola bilər təhsili sıxışdırıb sabah müəyyən qədər bərpa edə bilərik, idmançılar bir-iki ay əlavə məşq etsələr bədəni formaya salmaq olar, amma insanın daxili aləmi formadan çıxdısa onu formaya salmaq çox çətindir. Müəyyən qədər yoluna qoymaq olardı bunu, deyək ki, teatrlara tapşırıqlar verilə bilərdi ki, mono tamaşalar işlənsin. Bir rejissor, bir aktyor biri səhnədə, biri zalda dayanır, gün ərzində növbəyə salıb 3-4 aktyorun məşqini etmək olardı. Belə olan halda teatrın repertuarında material olacaqdı, hər bir aktyor öz üzərində çalışır, pessimitləşmir, bədbinləşmir, həm də sabah, biri gün teatrın qapıları açılanda teatrın minumun formada da olsa hazır materialları olur. Ən azından teatrın qapıları açılandan sonra biz təzə tamaşaları hazır materiallarla işləyirik. Hazır material deyəndə işgüzar aktyorlardan söhbət gedir. İndi artıq 2 il tənbəlləşmiş, daxili aləmi pas atmış aktyorlarla işləmək məcburiyyətində qalacaq teatrlar. Haqlı olaraq irad bildirə bilərsiz ki, aktyorlar öz üzərlərində işləsinlər, amma elə deyil, 1 gün, 3 gün, 5 gün su da təmizlənməsə gölməçə yaranar"

Bunu Moderator.az-a açıqlamasında Bakı Uşaq və Gənclər Teatrının direktoru, əməkdar artist İntiqam Soltan deyib. O daha sonra əlavə edib.

"Bu günə qədər qapısı məcburiyyətdən çöl tərəfdən bağlı qalan teatrların qapısı çöldən açılandan sonra içəri tərəfdən teatr rəhbərləri tərəfindən bağlanmaq məcburiyyətində qalacaq. Çünki mən qapısı açıq tamaşaçlılara tamaşa göstərməliyəm, amma yoxumdur axı. Təəssüflər olsun ki, teatrı tanımırıq, teatrı tanısaydıq, onunla bu cür rəftar etməzdik" deyə İntiqam Soltan bildirib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.