Sərxan Mətanət İsgəndərlinin gəlinini qınadı: - “Sən kimə ərə gəlmisən?“

12-06-2021, 11:35           
Sərxan Mətanət İsgəndərlinin gəlinini qınadı: -
Aparıcı Sərxan Kərəmoğlu əməkdar artist Mətanət İsgəndərlini müdafiə edib.

Sərxan Kərəmoğlu sosial şəbəkədə Canananın ünvanına bu sözləri deyib:

"Canana, səni hər kəs Mətanətə görə tanıdı, hörmət etdi. Mətanət İsgəndərli nə edib, etməyibsə qarışmıram. Amma bir həqiqət var, sən kimə ərə gəlmisən? Kərimə! Kərimlə birlikdə nə qazanmısan, nə əldə etmisən ki, Mətanət onu sənin əlindən alıb?

Nə qədər bir dost kimi susaq, danışmayaq? Mətanət də insandır, onun yaxasından düşün. Kərim bilər, sən bilərsən. Artıq o, xanımı zəhərləməyin. Sən də oğul anasısan, bir anlıq özünü Mətanətin yerinə qoy bə düşün. Sənin tələb etdiyin ünvan, Kərimdir, Mətanət deyil".

Qeyd edək ki, Canana əməkdar artistin oğlu Kərim ilə evli olub. Cütlüyün üç övladı var. Canana Kərimin qızını döydüyü üçün ondan ayrılıb. O, kirayədə yaşadığını, Kərimin aliment ödəmədiyini və çətin vəziyyətdə yaşadığını qeyd edib. //teleqraf.com//












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.