Meyxanaçı Aygünlə duet oxudu, virusa yoluxdu, xəstəxanaya yatırıldı: Moskvadan yeni xəbər...

14-06-2021, 11:23           
Meyxanaçı  Aygünlə duet oxudu, virusa yoluxdu, xəstəxanaya yatırıldı:
Bildiyiniz kimi, xalq artisti Aygün Kazımova ilə meyxanaçı Namiq Qaraçuxurlu Moskvada keçirilən məclislərdən birində eyni səhnəni bölüşüblər və illər sonra yenidən bir araya gəliblər. Bir zamanların məşhur duet ortağı olan ikili, "Sevirəm" adlı hitlərini ifa ediblər.


Onların məclisdən lentə alınan görüntüləri sosial şəbəkələrdə yayıldı. İfaçıların yenidən bir araya gəlməsi hər kəsin marağına səbəb oldu.

Adalet.az xəbər verir ki, sevilən meyxanaçı Namiq Qaraçuxurlu koronavirusa yoluxub.
Deməli, meyxanaçı Bakıya qayıdarkən virusa yoluxduğundan xəbərdar olub.
Belə ki, koronavirus testi nəticəsi pozitiv çıxdığı üçün Namiq Qaraçuxurlunu hava limanından geri qaytarıblar. Hazırda müğənni-meyxanaçı Rusiyada xəstəxanada müalicə alır.
Bu gün aldığımız məlumatlara görə, Namiq Qaraçuxurlunun səhhətində baş verən problemin aradan qalxması üçün peşəkar həkimlər əllərindən gələn köməyi göstərirlər.

Xatırladaq ki, illər öncə meyxanaçının keçmiş həyat yoldaşı Solmaz Şükürova "Bizi Aygün ayırdı..." - deyə bir açıqlama vermişdi. Qeyd edək ki, 30 avqust 2001-ci ildə rəsmi nikaha girən keçmiş cütlük 2 dekabr 2005-ci ildə boşanıb. Bu evlilikdən onların iki övladı Ümid və Ülvi adlı oğlulları doğulub. Namiq Qaraçuxurlunun rəsmən ikinci evliliyi 2015-ci ildə baş tutub. O şou aləmində Gaga ləqəbiylə tanınan xanımla ailə qurub. Bu xanım bir neçə il öncə tanınmış müğənni Rüfət Axundovun "Qəlb evimdən çıxdı getdi" mahnısında rol alıb. Hazırda cütlüyün Sara adlı bir qız övladı var.

Nəisə, Allah saxlasın...

Əntiqə Rəşid












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.