Afaq Bəşirqızı: "İnanıram ki, yeriyəcəyəm"

14-06-2021, 12:43           
Afaq Bəşirqızı:
Xalq artisti Afaq Bəşirqızı səhhətindən danışıb. Bu haqda BAKU.WS-ə açıqlama verən aktrisa, yeriyəcəyi günü səbirsizliklə gözlədiyini deyib: “Hazırda səhhətim yaxşıdır. Müalicəm də davam edir.

Əvvəl yeni başlayanda xəstəxanaya gedib-gəlirdim. Amma daha sonra müalicəyə evdə davam etdim. İnanıram ki, yeriyəcəyəm. Beş ayı beş gün kimi gözləyirəm”.

Qeyd edək ki, Xalq artistinin dizlərində sümük yeyilməsi var. Bir müddət əvvəl o, dizindən əməliyyat olunub və aktrisaya kök-hüceyrə köçürülüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru