"Xalqımızdan üzr istəyirik" - Türkiyə millisinin üzvü

17-06-2021, 00:07           
"Xalqımızdan üzr istəyirik" -
Türkiyə millisinin futbolçusu Umut Meraş Avro-2020-nin qrup mərhələsinin ikinci turunda Bakıda Uelsə uduzduqları matç (0:2) haqqında danışıb.

Bizim.Media xəbər verir ki, 25 yaşlı müdafiəçi "TRT Spor"a açıqlamasında deyib:

"Oyun istədiyimiz kimi keçmədi. Bütün xalqımızdan üzr istəyirik. Qalib gəlməyi çox istəyirdik, amma olmadı. Deyə biləcəyim nə isə yoxdur. Hər oyuna qalib gəlmək üçün çıxırıq. Heç bir şansımız qalmasa belə, son matça qələbə üçün çıxacağıq. Əlimizdən gələni edəcəyik".

Qeyd edək ki, Türkiyə A qrupunda 0 xalla sonuncudur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru