“TikTok” dünyada yüklənmə sayına görə “Facebook”u keçdi

11-08-2021, 08:05           
“TikTok” dünyada yüklənmə sayına görə “Facebook”u keçdi
Çinin qısa videoların yaradılması və baxılması üçün hazırlanmış mobil tətbiqi “TikTok” 2020 -ci ildə yüklənmə sayına görə “Facebook”u keçib.

Bu barədə “Nikkei”nin qlobal araşdırmasından məlum olur.

Bildirilir ki, “TikTok”un ABŞ və Britaniyada ümumi izləmə müddəti “YouTube”dan daha uzundur və vurğulanır ki, qısa videolar diqqət çəkməyə davam edəcək.

2020-ci ildə yüklənmə sayına görə dünyanın ən yaxşı 10 tətbiqinin sıralanması isə belədir: “TikTok”, “Facebook”, “Whatsapp”, “Instagram”, “Facebook Messenger”, “Snapchat”, “Telegram”, “Likee”, “Pinterest” və “Twitter”.

“TikTok”un müvəffəqiyyəti digər səbəblərlərlə yanaşı, koronavirus pandemiyası ilə əlaqələndirilib. Reytinqdə “Telegram”ın səkkizinci yerdən yeddinci yerə yüksəlməsi isə “WhatsApp”ın yeni siyasətindən qaynaqlanıb.oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru