Körpüyə məşhur cizgi filmindəki personajın adı verildi

15-09-2021, 08:03           
Körpüyə məşhur cizgi filmindəki personajın adı verildi
ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə “Simpsonlar ailəsi” (“The Simpsons”) cizgi filminin personajının adı verilib.

Söhbər “Simpsonlar ailəsi” cizgi filmindəki Ned Flanders personajından gedir.

Qeyd olunur ki, körpünün eni – 24(7,3 metr) uzunluğu isə 200 fut(70 metr) təşkil edir.

Nəqliyyat vasitələrinin sözügedən körpünün üzərində hərəkəti qadağandır.

Məlumat üçün qeyd edək ki, Ned Flander məşhur cizgi filminin ikinci dərəcəli personajıdır.

O, “Simpsonlar ailəsi”nin mehriban qonşusudur.

Portland şəhər rəhbərliyindən bildirilib ki, cizgi filmindəki sözügedən personaj mehriban qonşuluğun simvoludur və onlar da şəhərlərində insanlar arasında bu müsbət xüsusiyyəti inkişaf etdirmək istəyirlər.
oxu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru