Con Lennonun heç yerdə yayımlanmayan mahnısının kaset yazısı hərracda 58,3 min dollara satılıb

29-09-2021, 08:17           
Con Lennonun heç yerdə yayımlanmayan mahnısının kaset yazısı hərracda 58,3 min dollara satılıb
"The Beatles" qrupunun keçmiş solisti Con Lennon və Yoko Ono ilə Danimarkalı məktəblilər arasında C.Lennonun əvvəllər çıxmamış bir mahnını oxuduğu müsahibənin kaset yazısı Kopenhagendəki hərracda satılıb.

Trend-in məlumatına görə, bu barədə Bruun Rasmussen Auctioneers hərracının "Instagram" səhifəsində bildirilib.

33 dəqiqəlik səs yazısının 370 000 Danimarka kronuna - təxminən 58,3 min dollara satıldığı bildirilib

Həmin kaset yazısı "The Beatles" qrupunun ayrılması ilə bağlı rəsmən açıqlamadan bir neçə ay əvvəl, 1970 -ci ilin yanvar ayında bir məktəb jurnalı üçün hazırlanan hesabat çərçivəsində dörd gənc tərəfindən yazılıb.

Daha əvvəl yayımlanmayan "Radio Peace" adlanan mahnı C.Lennonun Amsterdamda açmağa ümid etdiyi bir radio stansiyasının başlıq mahnısı olmalı idi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru