"Əldən getdi” - Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın yeni yazdığı şeir.
21-11-2021, 08:13
Əməkdar artist, bəstəkar-müğənni Elza Seyidcahanın yeni yazdığı şeir. Şeirin adı "Əldən getdi” Kimin üçün isə Həmişə özümü qorumuşam Kimə görə isə Həmişə onu soyutmuşam Qorxutmuşam Qovrulmuşam Ancaq onu qorumuşam Ona görə onu qorumuşam ki, Gözəlliyim əldən getsin Bir də gördüm Qorumağa dəyməz artıq Çünki hər şey əldən getdi. Getdi, getdi, Nə qaldı ki, bu həyatda? Kimlər getdi, kimlər qaldı Kimlər yatdı, kimlər baxdı Kimlər qaçdı, kimlər satdı Kimlər yedi, kimlər acdı Kimlər basdı, kimlər asdı Kimlər aldı, kimlər verdi Kimlər çaldı mən oyandım Kimlər yazdı mən oxudum Kimlər gəldi mən qaçdım Kimlər gəldi mən satdım Kimlər gəldi mən verdim Kimlər gəldi mən yatdım Satdım gözəlliklərimi Alanlara Verdim gözəliklərimi Yatanlara Tökdüm gözəlliklərimi Yananlara Sonsünlər, sonsünlər Yanmasınlar. Qorumağa dəyməz artıq Gözəlliyim əldən getdi Gözəlliyim əldən getdi.