12 MİN MUSİQİÇİNİN İŞTİRAKI İLƏ KONSERT... - Venesuela Rusiyanın rekordunu təzələdi

21-11-2021, 11:20           
12 MİN MUSİQİÇİNİN İŞTİRAKI İLƏ KONSERT... -
Venesuela 12 mindən çox ifaçının iştirak etdiyi konsert Ginnesin Rekordlar kitabına düşüb.

“RİA Novosti”nin verdiyi xəbərə görə, bu barədə ölkə prezidenti Nikolas Maduro bildirib.

“Bu gün Venesuela ən böyük simfonik orkestrin ifasında Ginnesin rekordu qırıldı. Əvvəllər bununla bağlı Ginnesin rekordu Rusiyaya məxsus idi. Rusiya orkestri ikiqat artırsa, biz də ikiqatını edəcəyik”, deyə prezident gülümsəyərək vurğulayıb.

Qeyd edək ki, bir həftə əvvəl Venesuelanın milli gənclər və uşaq orkestrləri və xor kollektivləri Pyotr Çaykovskinin “Slavyan marşı”nı ifa edərək dünyanın ən böyük orkestri kimi Ginnesin rekordlar kitabına düşmək üçün 12 098 musiqiçinin iştirakı ilə konsert verib.

Qaydalara görə, orkestrin bütün üzvləri peşəkar musiqiçi olmalı, minimum beş dəqiqə müddətində öz musiqi alətində ifa etməlidir.

Xatırladaq ki, 2019-cu ildə Rusiyanın Sankt-Peterburq şəhərində 8097 musiqiçi Rusiya himnini ifa edərək rekord vurmuşdu./apa












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru