Bakıda məşhur reperin anasının üzərinə ağac aşdı: - Ayağı amputasiya edildi

22-11-2021, 17:07           
Bakıda məşhur reperin anasının üzərinə ağac aşdı: -
Noyabrın 10-da Bakıda başlayan güclü külək zamanı reper, “PRoMete” ləqəbiylə tanınan Pərviz İsaqovun anası ağır xəsarət alıb.

KONKRET.az xəbər verir ki, bu barədə reper sosial şəbəkədə paylaşım edib.

O bildirib ki, hadisənin baş verməsindən 12 gün keçməsinə baxmayaraq, hələ də onlarla heç bir qurum maraqlanmayıb:

“Güclü külək başlayan zaman anam yaşadığı Yasamal rayonu, Mirəli Seyidov küçəsində bir neçə qonşuyla “bisetka”da olub. Küləyin başladığını görərək onlar evə getmək qərarına gəliblər. Bu zaman güclü külək həyətdəki ağacı anamın üstünə aşırdıb. Xəsarət o qədər ciddi olub ki, anamın ayağını amputasiya etdilər. Hadisədən sonra məlum qurumlar gəlib həyətdəki aşan ağacın qalıqlarını təmizləyiblər. Lakin hələ heç bir qurum anamla maraqlanmayıb. Bildirim ki, həmin ünvanda aşan ağacla bağlı dəfələrlə sakinlər aidiyyəti qrumlara müraciət ünvanlayıb, amma baxılmayıb. Mən Yasamal Rayon Prokurorluğuna da müraciət etmişəm. Əminəm ki, bu məsələ dəqiq araşdırılacaq və günahkar olanlar öz cəzasını alacaqlar”.

Ətraflı videonu təqdim edirik:












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.