Çağırışlara məhəl qoymadı, Ərəbistanda səhnəyə çıxdı

7-12-2021, 12:21           
Çağırışlara məhəl qoymadı, Ərəbistanda səhnəyə çıxdı
Dünyaca məşhur müğənni Justin Bieber ölkədəki insan haqlarının pozulması səbəbi ilə ləğv edilməsi çağırışlarına baxmayaraq Səudiyyə Ərəbistanda konsert verib.

Teref.Az olay-a istinadən xəbər verir ki, 27 yaşındakı ulduzu "F1 Grand Prix" yarışı üçün təşkil olunan tədbirdə çıxış edərək bir neçə populyar mahnısını səsləndirib.

Müğənninin model xanımı Hailey Bieber də Justinin konsertindən paylaşım edərək ona dəstəyini göstərib.

Xatırladaq ki, jurnalist Cemal Kaşıkçının 2018-ci ildə Səudiyyə Ərəbistanın İstanbul səfirliyində öldürülməsindən sonra mərhumun nişanlısı Hatice Cengiz müğənniyə məktub yazaraq konserti ləğv etməsini istəyib.

O, bununla ölkədə müxalif səsləri öldürən rejimə güclü mesaj göndərəcəyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru