Yaşar Nurinin xanımından nazirə sərt ittiham: - “Nə vaxt zəng edirəmsə...“

21-01-2022, 17:14           
Yaşar Nurinin xanımından nazirə sərt ittiham: -
Dünyadan köçmüş sənətçilərin ailələri tez-tez sosial vəziyyətləri ilə bağlı gileylənirlər.

Xüsusilə mərhum aktyorların ailələri maddi çətinlik yaşadıqlarını bildirərək mədəniyyət qurumlarının onlarla maraqlanmadığını iddia edirlər. Teref.az xəbər verir ki, mövzu ilə bağlı Yenisabah.az-a danışan mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva dövlətin mədəniyyət siyasətini həyata keçirən qurumlarının sənətçilərin ailələrinin vəziyyəti ilə yaxından maraqlanmalı olduğunu deyib:

“Hesab edirəm ki, bu sahədəki problemlərlə birbaşa mədəniyyətlə bağlı olan qurumlar məşğul olmalıdır: Mədəniyyət Nazirliyi, Milli Məclisin Mədəniyyət komitəsi, Teatr Cəmiyyəti. Məsələn, mən Mədəniyyət Nazirliyinə dəfələrlə müraciət etmişəm, Anar Kərimovun qəbuluna düşmək istəmişəm. Zəng edirəm, deyirlər, indi burda yoxdur, filan nömrə ilə əlaqə saxlayın, biz çatdırarıq və s. Özlərini elə aparırlar ki, sanki sənəti bunlar yaradıb. Əgər sənətkarlar olmasaydı siz orada nə ilə məşğul olardınız? Sənətkar ailəsinə diqqət lazımdır, istər sağlığında, istərsə də ölümündən sonra!”.

R.Nuriyeva Yaşar Nurinin ölümündən sonra Mədənbiyyət Nazirliyinə gedə bilmədiyini deyib:

“2012-ci ildən bəri nazirliyə ayağımı basa bilmirəm. Telefonla dərdimi necə deyə bilərəm? Mən də yerdən turp kimi çıxmamışam ki, o boyda sənətkarın həyat yoldaşıyam, qapını açıb içəri dəvət olunmağı haqq edirəm. İstəyirəm gedim mənə zəng vuran, tanıdığım, çətin vəziyyətdə olan aktyor ailələrinin durumu barədə onlara məlumat verim. Niyə bunları deməməliyəm? Bir dəfə zəng vurun maraqlanın, görün hansı vəziyyətdə yaşayırlar...”шаблоны для dle 11.2


Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.