Qəzaya düşən Nurgül Yeşilçayın ağzı əyildi - FOTO

16-03-2022, 09:25           
Qəzaya düşən Nurgül Yeşilçayın ağzı əyildi - FOTO
Türkiyəli məşhur aktrisa Nurgül Yeşilçay bir həftə əvvəl düşdüyü qəzadan danışıb.

Arnavutköydə kameralara tuş gələn 45 yaşlı aktrisa qəzanın izlərinin hələ keçmədiyini bildirib.

“Əslində maşın sürməyi sevən biri deyiləm. Məcbur sürdüm. Əyləc əvəzinə qaza basdım. Həm dirəyə, həm də ağaca çırpıldım. Həkim nəzarəti, fizioterapiya davam edir. Qalıcı bir fəsad yoxdur. Üç aya düzələcək”, - deyə o bildirib.

Xatırladaq ki, aktrisa bir həftə əvvəl qəza keçirdiyi ilə bağlı “Instagram” hesabında paylaşım edib və izləyicilərini təhlükəsizlik kəmərindən istifadə etməyə çağırıb.

“Öz maşınımla böyük bir qəzadan sağ çıxdım. Ağzıma və çənəmə tikişlər qoyuldu. Fəsad qaldı və bir müddət davam edəcək”.

O deyib ki, üzü bir az əyilsə də özünü yaxşı hiss edir.



Mənbə: Snob Magazin












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru