ABBA “musiqi ixracı”na görə mükafat aldı

24-03-2022, 09:00           
ABBA “musiqi ixracı”na görə mükafat aldı
Əfsanəvi ABBA qrupu İsveç hökuməti tərəfindən mükafatlandırılıb.

Kollektiv “musiqi ixracı” mükafatına layiq görülüb.

Hökumət Aparatının çərşənbə günü yaydığı press-relizdə deyilir ki, mükafat 1997-ci ildən başlayaraq əvvəlki il ərzində İsveç musiqisinin dünyaya çatdırılması və ölkənin beynəlxalq aləmdə müsbət imicinin formalaşmasına töhfə vermiş sənətçilərə verilir.

“ABBA 50 ildir ki, İsveç musiqisini ümumdünya miqyasında uğurla təmsil edir. 40 illik fasilədən sonra səhnəyə qayıda bilmək tamamilə unikal və inanılmaz nailiyyətdir”, - deyə xarici ticarət naziri Anna Hallberq bildirib.

Qeyd edək ki, qrupun 40 ildən sonra ilk albomu olan “Voyage” 5 noyabr 2021-ci ildə işıq üzü görüb.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru