Türkiyəli aktrisa Ebru Şahin gözəllik mərkəzlərindən birində çəkilən fotosu ilə hər kəsi təəccübləndirib.
Bizim.Media xəbər verir ki, hazırda "Destan" serialında rol alan aktrisa soyuq otaq prosedurundan istifadə edib. Şahin mənfi 103 dərəcəyə 3 dəqiqə dözüb.
Xatırladaq ki, sözügedən prosedurdan Cennifer Eniston, Rihanna və Cennifer Lopez kimi məşhur ulduzlar da istifadə edir.