Rumıniya 12 xalı Ukraynaya yox, bu ölkəyə veribmiş

16-05-2022, 18:21           
Rumıniya 12 xalı Ukraynaya yox, bu ölkəyə veribmiş
“Avroviziya” beynəlxalq mahnı müsabiqəsində 12 xalla bağlı yaşanan qalmaqal böyüyür.

Primetime.az xəbər verir ki, bu dəfə Rumıniya müsabiqəyə öz etirazını bildirib. Ölkənin ictimai yayımçısı TVRin məsələ ilə bağlı yaydığı açıqlamasında bildirilib ki, Rumıniya münsiflər heyəti Moldovanı təmsil edən mahnıya maksimum xal (12) verib. Lakin müsabiqə təşkilatçıları xalın Ukraynaya verildiyini açıqlayıb:

"Rumıniya yayımçısı mill münsiflər heyətinin səslərinin nəzərə alınmamasına və təşkilatçıların ölkə adından finalçılara fərqli xallar təyin etməsinə təəccüblənib. Biz tərəfdən maksimum xal Moldova təmsilçilərinə verdiyi halda, canlı yayımda Ukraynanın bu xalı aldığı səsləndirilib".

Qeyd edək ki, səsvermə ilə bağlı daha əvvəl Azərbaycan və Gürcüstan bəyanat yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru