Müharibə davam edərsə, “Avroviziya 2023” harada keçiriləcək? - FOTO

17-05-2022, 09:24           
Müharibə davam edərsə, “Avroviziya 2023” harada keçiriləcək? - FOTO
Ukraynanın Mədəniyyət və İnformasiya Siyasəti Naziri Aleksandr Tkaçenko “Avroviziya 2023” mahnı müsabiqəsinin Ukraynadan kənarda keçirilməsi ehtimalını təkzib edib.

“Müsabiqə Ukraynada olacaq. Artıq kimsə deməyə başlayır: “Gəlin ehtiyat meydanlar axtaraq. Xeyr, bu 100 faizdir”, - deyə nazir bildirib.

Onun sözlərinə görə, müsabiqənin Ukraynanın hansı ərazisində keçirilə biləcəyi məsələsi yaxın vaxtlarda müzakirə olunacaq.

Xatırladaq ki, mayın 15-nə keçən gecə Ukraynanın “Kalush Orchestra” qrupu “Stefania” mahnısı ilə Turində (İtaliya) keçirilən “Avroviziya 2022” Beynəlxalq Mahnı Müsabiqəsinin qalibi olub. Beləliklə, Ukrayna gələn il müsabiqəyə ev sahibliyi etmək hüququ əldə edib.

Qeyd edək ki, “The Guardian” Ukraynanın “Avroviziya 2022”də qələbəsindən sonra Böyük Britaniyanın hələ də müharibə vəziyyətini nəzərə alaraq gələn il şouya ev sahibliyi etmək fürsətinə ümid etdiyini xəbər vermişdi.















Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.