Dünyaca məşhur müğənni Ledi Qaqanın “Joker 2” filmində rol alacağı bildirilib. SİA-nın xarici mətbuata istinadən verdiyi məlumata görə, məşhur müğənninin filmdə Herli Kvin rolunu oynaması istənilib.
Qeyd edək ki, “DC Universe”ə aid olan daha əvvəlki filmlərdə Jokerin sevgilisi Herli obrazını Marqot Robi canlandırıb.