“Kurtlar Vadisi”nin Kılıcından illər sonra etiraf: “Hamımız gedəcəkdik, ikiqat pul verdilər” - FOTO

24-06-2022, 11:44           
“Kurtlar Vadisi”nin Kılıcından illər sonra etiraf:
Türkiyənin məşhur “Kurtlar Vadisi” serialında “Kılıç” obrazını canlandıran Atilla Olgaç illər sonra maraqlı etiraflar edib. Onun sözlərinə görə, ilk bölümdən sonra bütün kollektiv filmdən ayrılmaq istəyib, ancaq onlara ikiqat pul təklif edilib.

Bu barədə “Haber Global” xəbər verib.

Aktyorun sözlərinə görə, buna səbəb Necati Şaşmazla (serialda Polad Elemdar) bağlı çıxan təriqət xəbərləri olub.

“Hamımız gedəcəkdik. Amma yaşamaq üçün pul lazımdır. Pulqabının ağzını açdılar, aldığımız pulun iki mislini verdilər”, - deyən aktyor bundan sonra qalmaq qərarına gəldiklərini açıqlayıb.


Olqaç onu da vurğulayıb ki, Mehmet Karahanlı rolunu oynayan Zafer Ergin filmdə qalmaq üçün maaşının 3 mislini istəyib.

“Zafer Ergin dedi ki, üç mislini istəyirəm. O isə olmaz dedi. Bundan sonra işə kanal qarışdı, “sən iki ver, üstünü biz düzəldərik”, - dedi. Amma 10 seriya sonra öldürüldü. Zafer elə getdi. Yoxsa rolu davam etməliydi, vaxtından əvvəl öldürüldü”, - deyə Olqaç vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru