Cici Hadid özünə yeni brend yaratdı - FOTO

6-08-2022, 10:49           
Cici Hadid özünə yeni brend yaratdı - FOTO
ABŞ-ın dünyaca məşhur modeli Cici Hadid öz geyim kolleksiyasını yaradır.

Bununla bağlı o, özünün “Instagram” hesabında paylaşım edib.

Kadrlarda 27 yaşlı modelin “Guest in Residence” trikotaj xəttinin yaradılması üzərində necə işlədiyi əks olunub.

Hadid kaşmir parça nümunələrini seçərkən çəkilən fotolara “Sevgi ilə bir şey üzərində işləyirik”, - deyə şərh yazıb.

Səhifəsinin profilində isə model özünə yeni reqaliya əlavə edib: “@gustinresidence-nin yaradıcısı, kreativ direktoru”.

Qeyd edək ki, bu, Cici Hadidin dizayner kimi ilk təcrübəsi deyil. 2022-ci ilin aprel ayında model uşaqlıq dostu Franceska Ayello ilə birlikdə analar və uşaqlar üçün “Frankies Bikinis” brendində üzgüçülük geyimləri kolleksiyasının yaradılmasında iştirak edib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru