Maykl Ceksonun uşaqları arxiv fotolarını paylaşdılar - FOTO

31-08-2022, 12:54           
Maykl Ceksonun uşaqları arxiv fotolarını paylaşdılar - FOTO
Maykl Ceksonun böyük övladları, 24 yaşlı Prins və Peris korifeyin 64-cü ad günü münasibətilə arxiv fotolarını dərc ediblər. Onlar müvafiq şəkilləri sosial şəbəkələrdə paylaşıblar.

“Ən böyük insanın ad günün mübarək! Sənin üçün günü-gündən daha çox darıxıram, amma hər gün səni daha çox sevirəm. Hər şey üçün təşəkkürlər”, - deyə Prins yazıb.

Prins və Peris Maykl Ceksonun Debbi Rou ilə evliliyində anadan olublar. Musiqiçi 1996-cı ildə Elvis Preslinin qızı Liza-Maridən boşandıqdan dərhal sonra keçmiş tibb bacısı ilə evlənib və 1999-cu ildə onların nikahı ləğv edilib.

2002-ci ildə surroqat anadan daha bir oğlu – kiçik Prins dünyaya gəldi.

Xatırladaq ki, bir müddət öncə Maykl Ceksonun “qeyri-qanuni oğlu” kimi tanınan musiqiçi Brendon Hovard vəkillərin bir neçə dəfə yanına gələrək mirası tələb etməsi təklifini irəli sürdüyünü, ancaq bununla razılaşmadığını bildirib.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru