Azərbaycanlı müğənni Çeçenistanda QALMAQAL YARATDI - Ramzan Kadirov...

31-08-2022, 12:02           
Azərbaycanlı müğənni Çeçenistanda QALMAQAL YARATDI - Ramzan Kadirov...
Çeçenistanda “Jony” ləqəbli azərbaycanlı müğənni Cahid Hüseynlinin konserti öncəsi qalmaqal yaranıb.

TEREF.AZ Lent.az-a istinadən xəbər verir ki, bir qrup din xadimi Cahidin mahnılarında islami dəyərlərə zidd məqamlar olduğu üçün etiraz ediblər.

Amma maraqlısı odur ki, Çeçenistanın rəhbəri Ramzan Kadirov Cahidin müdafiəsinə qalxıb. O, konsertə qarşı çıxanları dindən xəbərsiz, möhfümatçı adlandırıb.

Qeyd edək ki, Cahid Hüseynli 1996-cı ildə Bakıda anadan olub. 4 yaşından Moskvaya köçüb. Onun “Xiyaban” mahnısına "YouTube"da 100 mindən çox baxış var.

“Jony” ləqəbini isə ona anası verib. Buna səbəb isə uşaq vaxtı Cahidin “Jhonny Bravo” cizgi filmindən xoşu gəlirmiş.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru