Konsertində evləndiyini açıqlayan Hadisə bu dəfə ağladı - VİDEO

5-09-2022, 10:37           
Konsertində evləndiyini açıqlayan Hadisə bu dəfə ağladı - VİDEO
Türkiyənin məşhur pop ulduzu Hadise kövrək anları ilə gündəmə gəlib.
Manset.az xəbər verir ki, 36 yaşlı sənətçi İzmir konserti zamanı “Küçük bir yol” mahnısını ifa edən vaxt ağlamağa başlayıb.

Həmin anları sosial şəbəkə hesabında paylaşan Hadise sözügedən mahnının onun üçün çox özəl olduğunu vurğulayıb:

“Düz iki il əvvəl bu gün həyatımın mahnısı adlandırdığım “Küçük bir yol”u təqdim etdim. Bizi belə güclü və mənalı mahnı ilə bir araya gətirdikləri üçün mahnının sözlərini yazan Devrim və Meteyə təşəkkür edirəm”.

Həmçinin sənətçi konsert zamanı auditoriaya "Siz heç yanılmısızmı?" sualını ünvanlayıb.

Qeyd edək ki, Hadise nişanlısı, iş adamı Mehmet Dinçerler ilə aprel ayında evlənib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru