Dima Bilan pələngi himayəsinə götürdü

6-09-2022, 11:23           
Dima Bilan pələngi himayəsinə götürdü
Rusiyalı müğənni Dima Bilan Moskva zooparkından pələngi himayəsinə götürüb.

Bu barədə musiqiçi Vladivostokda keçirilən pələng populyasiyasının qorunması üzrə II Beynəlxalq Forumda müsahibəsi zamanı bildirib.

“Mən Moskva Zooparkının dostuyam və orada olanda pələngin balası dünyaya gəldi. Mənə onu himayəyə götürmək təklif olundu”, - deyə ifaçı bildirib.

Bilan əlavə edib ki, heyvanın yaxşı görmədiyini biləndə dərhal himayədarlıq təklifini qəbul edib. “Təbii ki, bunu böyük məmnuniyyətlə etdim, xüsusən də onun görmə problemi olduğunu, katarakta ilə doğulduğunu öyrənəndə. O, ancaq siluetləri görürdü”, - deyə o əlavə edib.

Mənbə: Lenta.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru