"80-ci cəhddə öpüşə bildik" - Culiya Roberts və Corc Klunidən şok etiraf - FOTO

7-09-2022, 09:04           
"80-ci cəhddə öpüşə bildik" -
Hollivud ulduzları Culiya Roberts və Corc Kluni tərəf müqabili olduqları son filmlə bağlı ilginc açıqlamalar veriblər.
Bakupost.az xarici mətbuata istinadən bildirir ki, cazibədar aktrisa Culiya Roberts ilə xarizmatik aktyor Corc Kluni "Ticket To Paradise" ("Cənnətə bilet") filmi üçün illər sonra birlikdə kamera qarşısına keçiblər.
Ekran əsərindəki öpüşmə səhnəsindən danışan ulduzlar gündəmə çevriliblər. Belə ki, onlar güldükləri üçün həmin səhnəni yalnız 80-ci cəhddə çəkə bildiklərini etiraf ediblər.
"79 dəfə cəhd etdik, ancaq gülməkdən öpüşə bilmədik, yalnız 80-ci cəhddə öpüşməyi bacardıq".
Rol aldığı "One Fine Day" adlı ekran işindən sonra bir daha romantik komediya janrına şans vermədiyini xatırladan Corc Kluni bu dəfə təklifi qəbul etməyində Culiya Robertsin rolu olduğunu deyib:
"Senarini oxuduqdan sonra, "bu işdə Culiya varsa, əyləncəli olacaq" dedim və rolu qəbul etdim".
Qeyd edək ki, "Ocean's Eleven" filmininin çəkilişləri zamanı tanış olub dostlaşan ulduzlar daha sonra "Money Monster" və "Confessions of a Dangerous Mind"da da tərəf müqabili olublar.
Hər iki ulduz ailəlidir, onların ikisinin də 3 övladı var.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.