SON DƏQİQƏ: Canlı efirdə aparıcı İNSULT KEÇİRDİ

8-09-2022, 00:03           
SON DƏQİQƏ:
NBC televiziyasının xəbər aparıcısı Julie Çin canlı yayımda insult keçirib.

32gun.az xarici mediaya istinadən bildirir ki, teleaparıcı NASA-nın buraxılışı ləğv edilmiş kosmik raketi barədə xəbəri oxuyarkən özünü pis hiss edib .

Yayım zamanı aparıcı anidən teleprompterdən sözləri tələffüz edə bilməyib. O, özündən biixtiyar, “Bbğışlayın, bu səhər mənə bir şey oldu, üzr istəyirəm”, deyərək kəkələyib.

Teleaparıcı özünə gələndən sonra baş verənlərin təfərrüatlarını sosial şəbəkələrdə paylaşıb:

“Bu birdən baş verdi. Verilişdən əvvəl özümü əla hiss edirdim. Ancaq xəbərin yayılmasından bir neçə dəqiqə sonra qəribə şeylər baş verməyə başladı. Birincisi, bir gözümün görmə qabiliyyətini qismən itirdim. Sonra bir qolum uyuşdu. Sonra sadəcə, teleprompterdəki sözləri deyə bilmədim. Sonra başa düşdüm ki, mənim böyük problemim var. Çağırışa gələn həkimlər dedi ki, insultun ilk əlamətlərini keçirmişəm. Bütün testlərimin əla nəticələr verdiyini bölüşməkdən məmnunam. Hələ çox suallar və müzakirə ediləcək çox şey var. Amma nəticə odur ki, hər şey yaxşı olacaq.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru