Ermənistandan növbəti həyasızlıq — “Eurovision”da

15-05-2016, 01:37           

İşğalçı Ermənistan “Eurovision”da daha bir təxribata əl atıb.

Bu axşam yarışmanın final mərhələsinin keçirildiyi “Globen-Arena”nın üzərində kiçik bir təyyarə görünüb. Həmin təyyarədə təxribatçı ölkənin yarışmadakı təmsilçisi İveta Mukuçyana və tanınmayan, Qondarma Dağlıq Qarabağa dəstək plakatı asılıb.

Plakatın üzərində “Karabach-İveta” yazılıb.

Qeyd edək ki, İveta Mukuçyan yaddaşlarda ifası ilə yox, məhz belə təxribatçı, absurd iddiaları ilə qalıb. O, daha öncə yarımfinal mərhələsində “DQR”in “bayrağ”ını qaldırmışdı.

Avropa Yayım Birliyi bir daha bənzər hal təkrarlanarsa Ermənistanın yarışmadan kənarlaşdırılacağını açıqlamışdı. (qafqazinfo)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru