İlhamənin oğlu ilə bağlı daha bir QALMAQAL

18-05-2016, 16:43           

Mərhum xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov Təzə Pir məscidinə 2 min manat pul borclu imiş. Bunu Lent.az-a Təzə Pir Məscidinin mərasim zalının rəhbəri Atiq Əliyev deyib. O bildirib ki, O.Nadirov İ.Quliyevanın 40 mərasimi günü pulu verməli olsa da, bu müddəti uzadıb: “İlhamə xanımın 40 mərasimindən sonra Orxanla əlaqə saxlayırdım ki, pulu gətirsin. Hər dəfə də deyirdi ki, məhkəmədəyəm, indi gəlirəm. Gəlib çıxmırdı. Hətta bu barədə əməkdar artist Firuzə İbadovaya da demişdim. Axırıncı dəfə isə onunla sərt danışdım. Dedim ki, pulu gətirməsən, mətbuata açıqlama verəcəm. Amma çox şükür ki, pulu qaytardı”.

Qeyd edək ki, İ.Quliyevanın fevralın 25-də yaşadığı mənzildə dünyasını dəyişib. Mərhumənin 40 mərasimi isə aprelin 4-də Təzə Pir məscidində keçirilib.














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru