Məşhur türkiyəli aktyorun vəziyyəti pisləşdi: Meneceri yardım istədi - FOTO

13-03-2023, 12:17           
Məşhur türkiyəli aktyorun vəziyyəti pisləşdi: Meneceri yardım istədi - FOTO
Türk kino və teatr tarixinin önəmli adlarından biri olan və bir müddətdir müalicə alan Yılmaz Grudanın meneceri Tümay Özokur aktyor üçün kömək istəyib.

O, bu barədə “Instagram” hesabında paylaşım edib.

Yılmaz Gruda ən son rəqəmsal serial platforması “Netflix”də yayımlanan “Şahmaran” serialı ilə tamaşaçıların qarşısına çıxıb. 92 yaşlı sənətçi yaşının çox olması səbəbindən bir müddətdir səhhətində problemlər yaşayır. Aktyorun meneceri “Instagram” hesabından nazirliyə müraciət edib və Grudaya yardım olunmasını xahiş edib.

“Həkimlər ustamız, müəllimimiz Yılmaz Grudanın reanimasiyaya yerləşdirilməsi və ya palatada qalması ilə bağlı qərar vermək üzrədir... 5 gün palatada yatdı və vəziyyəti yaxşılaşdı deyə çıxarıldı. Lakin xahiş edirəm reanimasiyada müalicə olunsun”, - deyə o qeyd edib.

Mənbə: Haber Global












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.