"Yalan demişəm" - Selena Qomez öz bədəni haqqında əslində nə düşündüyünü etiraf etdi
15-03-2023, 12:36

Dünya şöhrətli müğənni və aktrisa, 30 yaşlı Selena Qomez artıq bir neçə ildir ki, sağalmaz lupus xəstəliyindən əziyyət çəkir. Bu autoimmun xəstəlik zamanı insanın immun sistemi "başını itirir" və öz orqanlarına, toxumalarına hücum çəkməyə başlayır. Nəticədə, oynaqlar, dəri. qan hüceyrələri, beyin, ürək, ağciyərlər, böyrəklər və digər həyati vacib orqanlar zədələnir. Selenanın qəbul etdiyi dərmanlar onun çəkisinin artmasına səbəb olur. O, sosial şəbəkələrdə bədən quruluşu haqqında mənfi rəylərin vecinə olmadığını bildirsə də, bu yaxınlarda həqiqətdə nələr hiss etdiyini açıqlayıb.
BiG.AZ xəbər verir ki, bir neçə gün əvvəl "Apple TV+" servisi üçün çəkilən epizodların birində Selena Qomez fiqurasının tənqid edilməsinə görə çox narahat olduğunu, hətta ağladığını deyib.
"Mənim çəkim daim dəyişkən olacaq, çünki müəyyən dərmanlar qəbul edəcəyəm. İnsanlar sanki elə bunu gözləyirdilər ki, məni alçaldacaq bir şey tapsınlar. Lupus xəstəliyi səbəbindən çəkimin armasına görə utanırdım.
Mən yalan demişəm. Sosial şəbəkələrdə foto yerləşdirirdim və fanatlarımın nə dediyini guya anlamadığımı yazırdım, halbuki həmin an otağımda oturub hönkür-hönkür ağalyırdım. Özün haqqında belə kəskin ifadələr eşitmək insanı çox incidir. Nə var, kiminsə sənin zahiri görünüşündən xoşu gəlmir", - deyə Qomez etiraf edib.
Xatırladaq ki, 2017-ci ilin avqustunda Selena böyrək nəqli əməliyyatı keçirib. Rəfiqəsi olan aktrisa Fransia Raisa ona öz böyrəyini bağışlayıb.

