Məşhur pop qrupunun yaradıcısı İTKİN DÜŞDÜ - FOTO

21-03-2023, 08:52           
Məşhur pop qrupunun yaradıcısı İTKİN DÜŞDÜ - FOTO
Rusiyanın məşhur "Cream Soda" estrada qrupunun həmtəsisçisi Dmitri Svirqunov Yaroslavl yaxınlığında itkin düşüb.

Publika.az xəbər verir ki, bu barədə "Baza" "Telegram" kanalı məlumat yayıb.

Svirqunov və kiçik qardaşı Dievo-Qorodişe kəndi yaxınlığında Volqa çayı ilə gəzdikdən sonra yoxa çıxıblar. Digər insanlar da onlarla birlikdə buz üzərində olublar. Onlar xilasedicilərə çayı keçməyin onların dostluq ənənəsi olduğunu bildiriblər.

Geri qayıdarkən buz bütün qrup üzvlərinə tab gətirə bilməyib, onlardan beşi suya düşüb. Bir nəfər ölüb, üç nəfər itkin düşüb. Xilasedicilər itkin düşənlərdən birinin cəsədini tapmağa müvəffəq olsalar da, onun şəxsiyyəti hələ müəyyən edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru