Kilian Mörfi dünya premyerasındakı yarışda uduzduğu filmin davamı üçün rol təklifi barədə danışdı - FOTO/VİDEO

26-07-2023, 12:38           
Kilian Mörfi dünya premyerasındakı yarışda uduzduğu filmin davamı üçün rol təklifi barədə danışdı - FOTO/VİDEO
“Oppenheimer” ulduzu Killian Mörfi “Barbie” filminin davamında Ken obrazını canlandırmağa hazır olduğunu açıqlayıb.

Bu barədə aktyor “Cinefilos” “YouTube” kanalında danışıb.

“Barbie 2”də Ken rolunu oynayardımmı? Əlbəttə! Gəlin ssenarini oxuyaq və hər şeyi müzakirə edək. Bunu yoxlamağı səbirsizliklə gözləyirəm. Düşünürəm ki, bu yay belə heyrətamiz filmlərin çıxması kino üçün yaxşıdır”, - deyə Mörfi bildirib.


Qeyd edək ki, uşaq oyuncaqları aləmində baş verənlərdən bəhs edən “Barbie” kinokomediyası onunla eyni gündə yayımlanan və ABŞ-nin nüvə bombasının yaradıcısı haqqında olan “Oppenheimer” filmi ilə tamaşaçı rəğbəti mübarizəsində qalib gəlib - qazancına görə rəqibini iki dəfə üstələyib.

Onu da bildirək ki, bu iki filmin qarşıdurması qeyri-rəsmi olaraq “Barbieheimer” adını alsa da, məzmunlar demək olar ki, bir-birinin tam əksidir: “Barbie” filminin süjeti oyuncaqlar aləmində cərəyan edirsə, rejissor Kristofer Nolanın çəkdiyi üçsaatlıq “Oppenheimer” filmi ABŞ nüvə bombasının atası olmuş alimin dramatik hekayəsindən bəhs edir.

Bundan əvvəl Killian Mörfinin filmdəki obrazına oxşamaq üçün elədiklərinin həmkarlarını şoka saldığı barədə xəbər verilib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru