Üç dəfə xərçəng oldu, altı ay dedilər, 21 il yaşadı: Kayahanın qalmaqallı həyatı - VİDEO

19-09-2023, 12:44           
Üç dəfə xərçəng oldu, altı ay dedilər, 21 il yaşadı:
Türk pop musiqisinin ən vacib adlarından biri Kayahan Açar 29 mart 1949-cu ildə İzmirdə dünyaya gəlib. Uşaqlıq və yeniyetməlik dövrlərini Ankarada keçirən Kayahan daha sonra İstanbula köçüb. Gənclik yaşlarından musiqi ilə məşğul olan Kayahan ilk albomunu 1968-ci ildə çıxarıb.

Oxuduğu bütün mahnıları özü yazıb-bəstələyən ustad sənətçi ilk olaraq Sezen Aksu, Zerrin Özer, Bilgen Bengü və yaxın dostu Nilüferə verdiyi mahnılarla özünü tanıdır və ən çox axtarılan bəstəkarlardan birinə çevrilib.

1995-ci ildə Kayahanın qızı Beste Açarla ailə quran Tayfun Kərim Tekinin ifa etdiyi "Kar beyazdır ölüm" mahnısına görə Kayahanla ciddi mübahisə etdiklərini bildirib.

Pop ifaçısı “Kar beyazdır ölüm” mahnısını Nilüfer üçün yazdığını, lakin 1998-ci ildə dünyasını dəyişən Kərim Tekinə verəndə Kayahanın çox əsəbiləşdiyini deyib:

“Rəhmətlik Kayahanla mübahisə etdim, itələdim. O da qəfildən 20 düym uzunluğunda bıçaq tapdı və onu mənə tərəf çəkdi. Araya girdilər, vəziyyət səngidi”.

Sənətçi 1990-cı ildə yumşaq toxuma xərçəngi ilə mübarizə aparıb, sağaldıqdan sonra 2004-cü ildə yenidən xərçəng diaqnozu qoyulub. Yenə sağalıb, lakin 2014-də yenidən xərçəng aşkarlanan Kayahan Açar 2015-ci il aprelin 3-də ağciyər xərçəngindən dünyasını dəyişib.

Ətraflı Baku TV-nin “Retro Baku” verilişində:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.