Ancelina Coli ilə Haluk Bilginer eyni filmdə

2-10-2023, 12:39           
Ancelina Coli ilə Haluk Bilginer eyni filmdə
Türkiyənin “Emmi” mükafatlı aktyoru Haluk Bilginer və dünyaşöhrətli aktrisa Ancelina Coli bir filmdə baş rolları canlandıracaqlar.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, onlar rejissor Pablo Larreynin çəkdiyi "Mariya" filmində baş rollarda oynayacaq.

Film yunanəsilli amerikalı sənətçi Mariya Kallasın həyatından bəhs edəcək. Belə ki, ekran işində Ancelina Mariyanı, Haluk Bilginer isə yunanıstanlı iş adamı Aristotel Onaszisi canlandıracaq.

Filmdə Mariyanın 1970-ci illərdə Parisdəki həyatından söz açılır. Aristotel Onaszis öldürülən ABŞ Prezidenti Con Kennedinin həyat yoldaşı Ceki Kennedi ilə evlənmək üçün Mariya Kallasdan ayrılır. Bu xəyanətdən sonra Kallas əvvəlcə İtaliyaya, sonra isə Fransaya köçür. Mariya Kallas 1977-ci ildə 52 yaşında ürəktutmasından vəfat edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru