Ancelina Coli İsraili müdafiə edib və Qəzza sakinlərinə acıyıb

30-10-2023, 11:43           
Ancelina Coli İsraili müdafiə edib və Qəzza sakinlərinə acıyıb
"İsraildə baş verənlər terror aktıdır, lakin bunlar Qəzzada günahsız mülki insanların həlak olmasına haqq qazandıra bilməz..."

Hollivud ulduzu oğurlananlara görə dualar etdiyini etiraf edib

Aktrisa Ancelina Coli oktyabrın 29-a keçən gecə HƏMAS-ın İsrailə cinayətkar hücumunu şərh edib.

Moderator.az xəbər verir ki, o, bu barədə o, özünün İnstagram səhifəsində yazıb. Məlumatı "vesty.co.il" nəşri yayıb.

"Dünyada milyonlarla insan kimi mən də bu qədər günahsız vətəndaşlarının həyatına son qoymuş terrorçu hücumla bağlı qəzəbimi və ağrımı saxlaya bilmirəm və sual edirəm: ən yaxşı kömək necə olmalıdır?"

Colinin sözlərinə görə, o, "hər bir oğurlanan insanın qeyd-şərtsiz geri dönməsi və "öz yaxınlarının itkisindən təsəvvürəgəlməz ağrı keçirən ailələr üçün qeyd-şərtsiz dualar edir.

"Lakin mən ilk növbədə qətlə yetirilmiş və yetim qalmış bir çox uşaqlar üçün dualar edirəm", - o, əlavı edib.

Coli İnstagramdakı postunda bunları yazıb:

"İsraildə baş verənlər terror aktıdır. Lakin bunlar Qəzzada mülki əhalinin atəşlərə tutulması nəticəsində günahsız insanların həlak olmasına haqq qazandıra bilməz.

Onların getməyə yerlər, qidaya, suya çıxışı, təxliyə və ya sığınacaq axtarmaq üçün sərhəddi keçməyə imkanı yoxdur".

Xatırladaq ki, bundan öncə Hollivudun bir çox ulduzu, o cümlədən Qal Qadot, Qay Ozeri, Ceymi Li Kertis, Natali Portman və başqaları İsrailə dəstək verib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.