Abbas küsülü olduğu müğənni ilə barışdı

20-07-2016, 09:53           
Abbas küsülü olduğu müğənni ilə barışdı
Əməkdar artist Abbas Bağırovla müğənni-bəstəkar Hacı Nazim Məmmədov barışıb.

Axşam.az-ın məlumatına görə, ifaçılar birlikdə “Hər şey daxil” verilişinin qonağı olub.

A.Bağırov proqramın çəkilişi üçün yaradıcı heyəti Gəncəyə dəvət edib. Nazim də onun qonaqları arasında yer alıb.

Qeyd dək ki, N.Məmmədov bir müddət əvvəl açıqlamasında A.Bağırovla küsülü olduqlarını bildirmişdi:

“Abbasla münasibətimiz yoxdur. Səbəb odur ki, Abbas mənim xətrimə dəyib. Cavabımı mesajda yazdım. Məlum oldu ki, o məni başqa biri kimi tanıyıb. Hətta salamlaşmırıq da. Mənim günahım olsaydı, "salam" verərdim. Hər halda bizim yaxşı dostluğumuz olub, onu tərəziyə qoyanda, baş verənlər cüzi olmalıdır. Görünür, Abbasın tərəzisinin gözü xarab olub. Düşünürsə ki, o böyükdür, mən addım atmalıyam, yanılır. Abbasla işbirliklərimiz olub, konsertində onunla çiyin-çiyinə çalışmışam. Düşmənçiliyi bir saniyəyə qazanmaq olar. Biz 16 ilin dostlarıyıq, bir qabda yemək yemişik. Biz səhv edirik, gərək küsülü olmayaq”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.