Rəşid Behbudovun heykəltaraşından ittihamlara cavab: - “Kim nə istəyir danışsın”

20-07-2016, 18:55           
Rəşid Behbudovun heykəltaraşından ittihamlara cavab: - “Kim nə istəyir danışsın”
Xəbər verdiyimiz kimi Bakıda məşhur müğənni, SSRİ xalq artisti Rəşid Behbudovun heykəli ucaldılıb.

Sənətkarın adını daşıyan Dövlət Mahnı Teatrının qarşısına qoyulan abidə mətbuatda və sosial şəbəkədə böyük narazılığa səbəb olub. Heykəlin Rəşid Behbudova oxşamaması ciddi müzakirə mövzusuna çevrilib.

Heykəlin müəllifi xalq rəssamı, Dövlət Rəssamlıq Akademiyasının prorektoru Fuad Salayev AzNews.az-a açıqlamasında ittihamlara cavab verib. Bildirib ki, rəssam bir şeyi necə görürsə, elə də əsərə köçürür: “Rəşid Behbudovu biri uşaqlıqda görüb, biri gənclikdə, biri də qocalanda. Rəssam isə necə görüb, necə düşünürsə elə də əsərə köçürür. Yəni olduğunu görür. Odur ki, kim nə istəyir danışsın, amma buna biliyi çatır, ya çatmır bunu deyə bilmərəm”.

Qeyd edək ki, Rəşid Behbudovun heykəlinin açılış mərasimi sentyabrda olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru